×

Xəbərlər

Xəbərlər 02 Dec 2019
ADNSU-da “Sedimentologiyanın əsasları” kitabı oxucuların ixtiyarına verilib

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Sedimentologiyanın (litologiyanın) əsasları” kitabının təqdimatı keçirilib. Əməkdar geoloq, geologiya-mineralogiya elmləri doktoru, professor Çingiz Xəlifəzadənin müəllifi olduğu kitab dörd hissədən ibarətdir. Kitab ali məktəblərin geologiya və geofizika ixtsasları  üçün nəzərdə tutulub.

Tədbirdə ADNSU-nun Elm və texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, Geoloji Kəşfiyyat Fakültəsinin (GKF) professor-müəllim heyəti və tələbələr iştirak edirblər. Tədbiri giriş sözü ilə açan  AZİİ e -Kitab Evinin direktoru Səlahət Mahmudova iştirakçılara kitabxana haqqında məlumat verib. Sonra GKF-nin dekanı dosent Naməd Paşayev, Faydalı qazıntı yataqları kafedrasının müəllimləri - dosent Ağamehdi Ağayev, dosent İbrahim Məmmədov, dosen Qamət Hüseynov və digər şəxslər çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər. Yeni nəşrdən bir neçə nüsxə kitabxanaya - oxuculurın ixtiyarına verilib.


Paylaş