×

Xəbərlər

Xəbərlər 11 Dec 2019
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan kitab sərgisi təşkil edilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev-Anım günü” adlı kitab sərgisi təşkil edilib.

Sərgidə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatındakı hadisələri əks etdirən kitablar və digər nəşrlər yer alıb.


Paylaş