×

Xəbərlər

Xəbərlər 13 Dec 2019
UFAZ-da yanğından mühafizə üzrə təlim keçirilib

Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yanğından mühafizə və qəza-xilasetmə xidməti haqqında təlim keçirilib.

Belə ki, həyəcan siqnalı verildikdən sonra  Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları universitetin müəllim və tələbələrinin təxliyyə olunması, yanğın baş verən binada qalan insanların xilas olunması yollarını praktiki olaraq nümayış etdiriblər.


Paylaş