Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yazıçı-dramaturq Cəlil Məmməqduluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə universitetin Azərbaycan dili kafedrasının əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak edib.
ADNSU-nun Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal görkəmli yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin həyatından və zəngin yaradıcılığından söz açıb. Həmçinin, kafedranın əməkdaşları C.Məmmədquluzadə yaradıcılığı haqqında geniş çıxışlar ediblər.
Daha sonra tələbələr C.Məmmədquluzadənin əsərlərindən monoloqlar səsləndirib.