×

Xəbərlər

Xəbərlər 24 Dec 2019
ADNSU-da “Universitet layihələri”nin nəticələri müzakirə olunub

Dekabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Universitet layihələri”nin III rübün nəticələrinin müzakirəsi keçirilib. 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı layihələrlə bağlı fikirlərini bölüşüb və görüləcək işlər haqqında məlumat verib.

Daha sonra tədbirdə 2019-cu ildə elmi tədqiqat layihə işləri üzrə alınmış nəticələr haqqında danışılıb, icra olunmuş layihələr və qarşıdakı planlar haqqında hesabat verilib. ADNSU-nun Elm mərkəzi tərəfindən aparılan 6 layihə dinlənilib və görülən işlərlə bağlı müzakirələr aparılıb.

Sonda rektor M.Babanlı layihələrlə bağlı tövsiyə və iradlarını bildirib və yeni rübdə layihələrə uğurlar arzu edib.


Paylaş