Enerji hakatonu – xüsusi enerji çağırışlarına kreativ həllər və prototiplərini hazırlamaq və təqdim etmək üçün tələbələrin 48 saat müddətində mübarizə apardığı bir yarışmadır. Final təqimatlar və prototiplər münsiflər heyəti tərəfindən müəyyən olunacaq.
Enerji Hakatonunu başa vuran 3 qalib komanda Planet üçün ixtira, 2020 Qlobal virtual müsabiqəsində Azərbaycanı təmsil edəcək və 30 mart – 2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qalib komandanın nəqaliyyat və digər xərcləri 2020 Qlobal virtual müsabiqəsi tərəfindən ödəniləcək. 27 yanvar qeydiyyat üçün son tarixdir.
Kimlər müraciət edə bilər:
3 və 4-cü kurs tələbələri və magistrantlar, iştirakçılar 4 tələbədən ibarət ingilis dilini bilən komanda şəkilində olmalıdır. Komandanın bütün üzvləri eyni ali təhsil müəssisəsindən olmalıdır.
Müraciət üçün “University_name_Energy_Hackathon” başlığı ilə energy@aecc.az ünvanına aşağıdakı məlumatı göndərmək tələb olunur:
- Universitetin adı
- Komanda üzvlərinin bütöv şəkildə ad və soyadları
- Bütün komanda üzvlərinin CV-si
- Komanda üzvlərinin e-mail ünvanları və əlaqə nömrələri
əlavə suallar yaranarsa +994 55400 80 26 nömrəsi ilə əlaqə saxlamanız xahiş olunur.