×

Xəbərlər

Xəbərlər 03 Feb 2020
ADNSU-nun gəncləri Gənclər Günü münasibətilə mükafatlandırılıblar

Fevralın 2-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə 2019-cu ildə Azərbaycanda gənclər sahəsində həyata keçirilən tədbirləri, həmçinin, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən videoçarx yayımlanıb.

Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, ötən il ölkəmizin, o cümlədən gənclərimizin həyatında uğurlu il olub və bir çox nailiyyətlərlə yadda qalıb.

Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar. Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin (ADNSU) Tələbə Gənclər Təşkilatı, o cümlədən təşkilatın sədri Müqəddəs Əzizzadə də nümunəvi fəaliyyətə görə mükafata layiq görülüb.


Paylaş