×

Xəbərlər

Xəbərlər 06 Feb 2020
UFAZ-da magistratura proqramının təqdimatı keçirilib

Yanvarın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 2020/2021 ci tədris ilindən Magistratura pilləsi üzrə tədrisin fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Gördüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri Zakari Qross, Azərbaycan Respublikası Təhsil nazırliyi  Elm, ali və orta  ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, UFAZ-ın elmi eksperti və Strasburq universitetinin “Kompüter elmləri” ixtisasının  professoru Pyer Kolye, UFAZ-ın direktoru, dosent Vazeh Əskərov, baş katib Şarlot Payen və media nümayəndələri iştirak edib.

UFAZ-da Magistratura pilləsinin yaradılmasından danışan rektor, professor M.Babanlı əsas məqsədin gənclərə Avropa səviyyəli ali təhsil verilməsi olduğunu deyib. O, eyni zamanda bu il UFAZ-dan məzun olacaq 129 nəfər tələbənin böyük uğur olduğunu bildirib.  

2020-ci ilin UFAZ üçün olduqca önəmli olduğunu deyən səfir Z.Qross UFAZ-da yeni tədris ilindən 3 ixtisas üzrə magistr pilləsinə  qəbul aparılmasını daha bir uğur kimi qiymətləndirib. UFAZ-da magistratura təhsil pilləsininin yaradılmasını Azərbaycan gənclərinə dövlətin investisiyası hesab etdiyini xatırladan səfir Z.Qross Fransa səfirliyinin bu işlərə hər zaman dəstək olduğunu bildirib.

Təhsil nazırliyi  Elm, ali və orta  ixtisas təhsili şöbəsinin müdiri Y.Piriyev UFAZ-da əldə olunan böyük təcrübəni digər ali məktəblərdə də tətbiq etmək istədiklərini deyib. Bakalavriaturada olduğu kimi, magistr pilləsinin də uğurlu olacağına ümidvar olduğunu deyən Y.Piriyev  layihənin tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Strasburq universitetinin professoru P.Kolye  yeni tədris ilindən fəaliyyətə başlayacaq magistratura haqqında ümumi məlumat verib və qeyd edib ki, 2020/2021-ci tədris ilində 80 magistrin təhsil alması nəzərdə tutulub. Həmçinin qeyd edib ki, magistratura pilləsində təhsil alan tələbələr tədrisin ikinci ilindən etibarən Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı da qazanacaqlar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2 il  nəzərdə tutulan magistratura proqramının  sonunda məzunlara  iki diplom (ADNSU və UNİSTRA)  veriləcək. Bakalavrda olduğu kimi,  magsitratura proqramı üzrə də tədris ingilis dilində aparılacaq. nin magistratura imtahanından 70-dən çox bal toplayan bütün yerli və xarici tələbələr UFAZ-da sənəd verə biləcək və hər 3 ixtisas üzrə magistratura təhsili Azərbaycan Respublikası tərəfindən maliyyəlləşdirilir. UFAZ-ın qəbul imtahanının aprelin 27-də keçirilməsi nəzərdə tutulur. Eyni zamanda tədrisin ikinci ilindən etibarən tələbələr Fransada tədqiqat aparmaq üçün təqaüd əldə etmək imkanı qazanacaqlar.


Paylaş