×

Xəbərlər

Xəbərlər 12 Feb 2020
ADNSU-da sağlamlığın qorunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası ilə bağlı tədbir keçirilib.

ADNSU-nun professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bildirib ki, tədbir Təhsil Nazirliyinin əhali arasında koronavirus xəstəliyinin profilaktikası, Səhiyyə və Fövqəladə Hallar Nazirliyinin özünün ərazi idarələri ilə birgə ali təhsil müəssisəsinin tələbə və müəllim kontingentinin maarifləndirilməsi məqsədi daşıyır.

ADNSU-da tələbələrin təhsili ilə bərabər, onların sağlamlığına da ciddi önəm verildiyini qeyd edən A.Babayev müəllimləri tələbələrə qarşı diqqətli olmalarını, koronavirus epidemiyasının əlamətləri hiss olunduqda dərhal aidiyyəti üzrə məlumat verməyin vacibliyini deyib.


Paylaş