×

Xəbərlər

Xəbərlər 14 Feb 2020
ADNSU-nun əməkdaşları könüllülük fəaliyyətinin təbliği ilə bağlı keçirilən tədbirdə iştirak ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda tədbir keçirilib.

Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində Qış Liderlik Məktəbinə 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbənin cəlb olunduğu tədbir fevralın 11-dən 13-ə qədər davam edib.

Açılış mərasimində AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək bildirib ki, son illər Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsini göstərmək olar.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları da iştirak edib. Digər iştirakçılar kimi universitetin THİK əməkdaşları tədbir çərçivəsində keçirilən konfransa qatılıblar, Quba məzarlığında və Şahdağ Turizm Kompleksində olublar.


Paylaş