×

Xəbərlər

Xəbərlər 17 Feb 2020
Azİİ e-Kitab Evində “Transport Phenomena in dispersed media” kitabının təqdimatı keçirilib

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Transport Phenomena in dispersed media” (“Dispers   mühitlərində nəql prosesləri”) kitabının təqdimatı keçirilib. Kitab AMEA-nın həqiqi üzvü və vitse-prezidenti, AMEA-nın “Kataliz və Qeyri-Üzvi Kimya” İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev,  AMEA-nın müxbir üzvü, həmin institutun şöbə müdiri, professor Qüdrət Kəlbəliyev, ADNSU-nun QNMF-nin “Sənaye Təhlükəsizliyi və Əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov  tərəfindən ərsəyə gəlib.

ABŞ-da ingilis dilində işıq üzü  görən nəşr qısa müddətdə dünyanın   elmi ictimaiyyətinin diqqətini cəlb edib. «Teylor and Francis Qroup» şirkətinin ABŞ-dakı  “CRC Press”  nəşriyyatı tərəfindən  yüksək poleqrafik üslubda və gözəl tərtibatda çap olunub.

      Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən danışıblar və ciddi bir elmi vəsait olduğunu vurğulayıblar.  Sonda Azİİ e-Kitab Evi tərəfindən kitab haqqında hazırlanmış slayda baxılıb.


Paylaş