Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dua oxunub.
Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2020-ci il tarixli Sərəncamını Şura üzvlərinin diqqətinə çatdırıb. Qeyd edib ki, belə bir sərəncamın imzalanması ADNSU-ya, onun əməkdaşlarının əməyinə, həmçinin bu qocaman təhsil ocağının ölkəmizdə neft səneyesinin inkişafına verdiyi töhfənin dövlət başçısı tərəfindən qiymətləndirilməsidir. Şura üzvələrinin, universitetin professor-müəllim heyətinin adından dövlət başçısına minnatdarlıq ifadə edilib.
Mustafa Babanlı gündəlikdə olan üç əsas məsələ və digər müxtəlif məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. O, ixtisaslar və kurslar üzrə imtahan nəticələri, müvəffəqiyyət göstəriciləri və yekun qiymətləndimənin nəticəsi haqqında məlumat verib.
Elmi Şurananın iclasında professor Mustafa Babanlı ADNSU-nun 100 illik tədbirlər planının yerinə yetirilməsinin vəziyyəti və təbliğat-təşviqat məsələlərinin intensivləşdirilməsi ilə bağlı iclas iştirakçıları ilə müzakirə aparıb. Bildirib ki, universitetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün ciddi hazırlıq olmalıdır və artıq bunula bağlı tədbirlər planının icrasına başlanılıb. O, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin bu istiqamətdə gördüyü işləri xatırladıb və yeni tapşırıqlar verib.
İclasda həmçinin, Elmi Şuranın qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Çingiz Mehdi oğlu Cuvarlı adına təqaüd təsis olunub. Təqaüd “Energetika” fakültəsinin iki ən yüksək tədris göstəricilərinə sahib olan tələbəsinə - 1 bakalavr və 1 magistra veriləcək.
Elmi Şurananın iclasında ADNSU-da bakalavriat səviyyəsində təhsil alan tələbələrin 2019-2020-ci tədris ilində keçəcəkləri təcrübənin vəziyyəti haqqında İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib. O, bildirib ki, artıq IV kurs tələbələri istehsalat müəssisələrində təcrübəyə başlayıblar. Universitetlə çoxsaylı şirkətlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması tələbələrin istehsalat müəssisələrində təcrübə keçməsini daha rahat edib.
Gündəliyə uyğun olaraq ADNSU-nun nəzdində “Bakı Neft-Energetika kollecində tədrisin vəziyyəti”, universitetdə “2019-cu ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları”, “universitedə aparılan quruculuq işləri”, “2019-2020-ci tədis ilində doktoranturaya qabulun yekunları” və digər məsələlər haqqında aidiyyəti üzrə struktur rəhbərləri məlumat veriblər.
Gündəlikdə olan məsələlər müzakirə olunduqdan sonra şura üzvlərinin səsverməsi ilə qərarlar qəbul edilib. Professor Mustafa Babanlı ADNSU-da görüləcək hər bir işin yüksək səviyyədə həyata keçməsinin vacibliyini vurğulayıb, müzakirə olunan məsələlər haqqında tövsiyə və tapşırıqlarını verib.