×

Xəbərlər

Xəbərlər 27 Feb 2020
ADNSU tələbələri Xocalı abidəsini ziyarət ediblər

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və bir qrup tələbə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət ediblər. Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Daha sonra THİK üzvləri və tələbələr Gənc tamaşaçılar teatrında Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edib, müharibəyə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşasını izləyiblər.


Paylaş