1. Online dərslər məcburi xarakter daşımasa da, tələbələrə tövsiyə olunur ki, onlar online dərslərə qoşulmaqla Unibooka yerləşdirilmiş materialları müəllimlərin köməyi ilə daha asan mənimsəyə bilərlər. Online qaydada qoşula bilməyən tələbələr hər bir fənn üzrə elektron univrersitetdə yerləşdirilmiş materialları sərbəst şəkildə mənimsəyə bilərlər.
2. Online qaydada qoşulmaq imkanı olmayan müəllimlərin dərsləri kafedra müdirləri tərəfindən müəyyən edilən digər müəllimlər tərəfindən aparılmalı və bu barədə İTD-yə məlumat verilməlidir.
3. Online qaydada qoşula bilməyən tələbələr keçirilmiş dərslərin Microsoft Teams proqramında yerləşdirilmiş videogörüntülərindən faydalana bilərlər. Bu görüntülərdən, həmçinin mühazirəyə təkrar qulaq asmaq məqsədi ilə də istifadə etmək olar.
4. Dərslər online qaydada elektron universitetdə göstərilmiş və semestrin əvvəlində qəbul edilmiş dərs cədvəlinə uyğun qaydada keçirilir.
5. Laboratoriya işlərinin keçirilməsi mümkün olmadığı üçün, həmin dərslər məşğələ dərsi formatında keçirilir və mühazirə dərslərində keçirilmiş mövzuların tələbələrlə dialoq şəklində davam etdirilir və tələbələrin sualları cavablandırılır.
6. Semestrin əvvəlində verilmiş təqdimat mövzuları və sərbəst işlər tələbələr tərəfindən icra olunaraq, müəllimlərin e-mailinə göndərilməlidir ki, qiymətləndirməni aparmaq mümkün olsun. Təqdimatlar və sərbəst işlərin verilmə müddəti semestrin sonuna qədər uzadılmışdır.
7. Kurs işi və kurs layihələrinin yerinə yetirilməsi hazırkı vəziyyətdə müəllimlər tərəfindən tələb edilə bilməz. Onların yerinə yetirilməsi və qiymətləndirilməsi barədə əlavə məlumat veriləcəkdir.
8. Midterm və imtahanların keçirilmə müddəti və qaydaları barədə əlavə məlumat veriləcəkdir.
9. Təqaüdlər imtahanların nəticələrinə əsasən təyin ediləcəkdir.
10. Online qaydada təşkil olunmuş dərslər barədə statistik məlumatlar (qoşulmaların sayı, müddəti, qoşulan tələbə-müəllim sayı) İTD tərəfindən hazırlanır.