×

Xəbərlər

Xəbərlər 30 Apr 2020
ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) 2009-cu il aprelin 30-da törədilmiş terror aktının 11-ci ildönümü tamam olur. Terror aktı nəticəsində 12 nəfər həlak olmuş, 13 nəfər ağır xəsarət almışdı. Artıq neçə ildir ki, aprelin 30-da ADNSU-da terror qurbanlarının xatirəsi yad olunur. 2017-ci il fevralın 18-də  ADNSU-nun terror aktının törədildiyi II tədris korpusunun foyesində terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Bu gün, 30 aprel terror aktının 11-ci ildönümü ilə əlaqədar terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin önünə gül çələngi qoyulub, onların xatirəsi yad edilib. 


Paylaş