×

Xəbərlər

Xəbərlər 09 May 2020
ADNSU-da Gənc Tədqiqatçı və Doktorantların onlayn Elmi Konfransı keçirilib

Mayın 7-8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan Gənc Tədqiqatçı və Doktorantların onlayn Elmi Konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanda  ilk dəfə yeni formatda  keçirilən onlayn konfransın zamanın tələbinə uyğun olduğunu bildirib və pandemiya dövründə Respublika rəhbərliyinin vətəndaşların sağlamlığının qorunması yönündəki təqdirəlayiq fəaliyyətindən bəhs edib. Hər kəsin Nazirlər Kabineti yanındakı Operativ Qərargahın tələblərinə əməl etməsinin və  öhdəsinə düşən işləri layiqincə yetirməsinin zəruri olduğunu vurğulayan rektor M.Babanlı konfrans iştirakçılarına uğurlar arzulayıb.

Sonra ADNSU-nun Doktorantura şöbəsinin müdiri, prof. Lətafət Qardaşova konfransın gənc tədqiqatçıların fəaliyyətindəki rolundan və bu cür konfranslarda iştirakın vacibliyindən danışıb. Universitetin 100 illik tarixi dövründə doktorantura şöbəsinin yaradıldığı gündən bu günədək fəaliyyəti haqqında çıxış edən L.Qardaşova və hazırda ADNSU-da Phd və ED Proqramları üzrə 300-dən çox doktorant və dissertantın təhsil aldığını,  son 3 ildə isə 45 nəfərin PhD dərəcəsi aldığını deyib.

Sonra konfransa qəbul edilən 320 tezisdən 3 ən yüksək keyfiyyətli iş konfransın açılış iclasında müzakirə edilib. Kimya texnologiya fakültəsinin doktorantı Məhsəti Cəfərli “İzotermik reaksiyanın sürətinin təyininin qeyri-səlis modeli”, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin magistrantiı Zeynallı ŞöləxanımƏnənəvi və heksamiqyaslı hesablama sistemlərində resursların idarə olunması. Müqayisəli təhlil” və Energetika fakültəsinin magistrantı  Murad Cəbiyev “Günəş enerjisinin dağlıq şirvan iqtisadi zonasinda energetik xüsusiyyətlərinin tədqiqi “ mövzusunda məruzələrlə çıxaş ediblər. Çıxış edənlərə rektor prof. Mustafa Babanlı və müvafiq sahələrin mütəxəssisləri təəfindən çoxsaylı  suallar verilib. 

Iki gün davam edən konfransda müxtəlif bölmələr üzrə ( Kimya, kimya-texnologiya,Ekologiya, Elektronika və  telekommunikasiya, İnformasiya texnologiyaları, kompüter elmləri, İnformasiya-ölçmə və idarəetmə sistemləri, Mexanika və maşınqayırma,Geologiya və geofizika,Energetika və enerji resursları, Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı, Neft və qaz yataqlarının işlənməsi və istismarı, quyuları qazılması texnologiyası, İqtisadiyyat və idarəetmə) plenar iclaslar keçirilib. Konfransın ilk günündə iştirakçıların 84,5% konfransda çıxış edib və 163 tezis dinlənilib. Konfransın ikinci günündə isə iştirakçıların 74.8%-inin iştirakı ilə 95 tezis dinlənilib.  Ümumilikdə isə iki gün ərzində qəbul edilən tezislərin 80% i dinlənilib.

Qeyd edək ki, konfransın bağlanışı mayın 13-də saat 11:00-da onlayn formada keçiriləcək.


Paylaş