×

Xəbərlər

Xəbərlər 21 May 2020
ADNSU-da alterntiv və bərpa olunan enerji mənbələri və texnologiyalarna həsr olunmuş onlayn konfrans keçiriləcək

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinində (ADNSU) “Bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar” və “Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi” mövzularında video konfrans keçiriləcək.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Beyin qazanma proqramı” çərçivəsində birgə olaraq keçirilən onlayn konfransda Çilinin Adolfo İbanez Elm və Mühəndislik fakültəsinin professoru, Bərpa olunan enerji texnologiyaları və idarəetmə üzrə Magistr Proqramının dierktoru, Günəş Enerjisi Tədqiqat Mərkəzinin baş elmi işçisi Şəhriyar Nəsirov və Almaniyanın Rostok Universitetinin Texniki Termodinamika kafedrasında “Mayelərin istilik fiziki xassələrinin araşdırılması” elmi qrupunun rəhbəri Cavid Səfərov qeyd olunan mövzular üzrə çıxış edəcəklər.

Qeyd edək ki, onlayn konfrans “Beyin qazanma proqramının” rəsmi facebook səhifəsində Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

 


Paylaş