Cari ilin iyun ayında jurnalının 3-cü cildinin 1-ci buraxılışı işıq üzü görüb. Universitetin HPC mərkəzi tərəfindən hazırlanan, redaksiya heyəti HPC istiqamətində dünyanın və Azərbaycanın müxtəlif elmi mərkəzlərində fəaliyyət göstərən mütəxəssislərdən təşkil olunmuş jurnalın bu sayında Tailand, İran, Qazaxstan, Vyetnam, Hindistan və Azərbaycanda HPC istiqamətində araşdırmalar aparan tədqiqatçıların məqalələri öz əksini tapmışdır. Cari buraxılışda nəşr olunmuş məqalələr HPC-nin tibb, turizm, data science, süni intellekt və digər sahələrdə təbiqi, HPC-də informasiya təhlükəsizliyi və başqa problemlərə həsr olunmuşdur.
Jurnalın bu sayı, ümumilikdə isə 3-cü cildi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinə həsr olunmuşdur. Qeyd edək ki, jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur və Crossref bazasına daxil edilir, jurnalın bütün sayları Index Copernicus beynəlxalq indeks bazasına daxil edilmişdir, həmçinin 2019-cu ildən başlayaraq nəşr olunan məqalələr riyaziyyat üzrə, 2020-ci ildən isə texnika elmləri üzrə AAK-ın tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilmişdir.
Məqalələr haqqında ətraflı məlumat üçün jurnalın səhifəsinə müraciət edə bilərsiniz (https://azjhpc.org/index.php/current).