×

Xəbərlər

Xəbərlər 15 Sep 2020
ADNSU məzunlarının onlayn görüş-seminarı keçirilib

Sentyabrın 14-də   ADNSU-nun “Cihazqayırma mühəndisliyi” kafedrasının məzunlarının universitetin 100 illik yubileyinə həsr olunmuş onlayn görüş-seminarı keçirilib. Görüşdə universitetin rektoru, professor Mustafa Babanlı, müxtəlif istehsal sahələrində, firmalarda, təhsil müəsisələrində, özəl şirkətlərdə çalışan uğurlu iş karyeralarına imza atmış məzunlar, kafedra əməkdaşları iştirak ediblər.

Kafedra müdiri, t.e.d. Lalə Bəkirova görüş-seminar iştirakçılarına ADNSU-da təhsilin bugünkü inkişafı, əldə olunan uğurlar haqqında danışdıqdan sonra “Cihazqayırma mühəndisliyi” haqqında məlumat verərək bildirdi ki, kafedra 1961-ci ilin yanvar ayında təsis edilib. Burada tələbələr bakalavriat səviyyəsində  azərbaycan, ingilis və  rus bölmələrində “Cihazqayırma mühəndisliyi”, “Biotibbi texnologiyalar mühəndisliyi” və “Metrologiya standartlaşdırma və keyfiyyətə nəzarət mühəndisliyi” ixtisasları üzrə təhsil alırlar. Kafedra müdiri həmçinin bu il bu ixtisas üzrə dünyanın aparıcı təhsil ocaqlarındakı mövcud tədrisə uyğunlaşdırılmış yeni təhsil standartının işlənilməsi və qəbulu, adları çəkilən bakalavr ixtisaslarının birləşdirilərək bir ixtisas- “Cihaz mühəndisliyi” kimi tədrisinin təşkil olunmasının planlaşdırılırdığını bildirdi.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxışında konfrans iştirakçılarını salamlayaraq belə tədbirlərin təşkilinin, ADNSU-nun məzunları ilə əlaqələrin qurulmasının önəmli olduğunu dedi. O, tədrislə yanaşı, elmi potensialın artırılmasının vacib olduğunu qeyd edərək müasir tədrisin təşkilində bunun xüsusi önəm daşıdığını bildirdi.

Seminarda ADNSU-nun məzunu, Azərbaycan Respublikası Milli Məclisinin VI   çağırış millət vəkili,  texnika elmləri namizədi Soltan Məmmədov, Türkiyənin Gebze Texniki Universitetinin professoru, t.e.d. Fuad Əliyev,  Fransanın Franche-Comté Universitetin  Tətbiqi Sistemlər, Elektronika və Tibbi Cihaz mühəndisi Elmar Yusifli və Milli Aerokosmik Agentliyin (MAKA) baş direktoru Natiq Cavadov, həmçinin  Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqatı İnstitutu, Tədris Cərrahiyyə Klinikası, Tədris Terapevtik Klinika,  “Ömür”, “Nərgiz” və “Bioloji təbabət” klinikalarının, ARASH və Azəri Med Medical Center  Companiyalarının, SOCAR-H.Əliyev adına Bakı Neft Emalı zavodunun, SOCAR – Qaz anbarlarının istismarı idarəsinin və digər şirkətlərin nümayəndələri fikir mübadiləsi aparıblar.

Görüş-seminarın məqsədi məzunların ADNSU-nun 100 illiyi ilə bağlı təbrik tədbirlərinə qatılmaqla bərabər, məzunu olduqları və ya imzalanmış memeramdumların qaydalarına uyğun əlaqə qurduqları doğma universitetin tələbələrinin təhsilinin bu günü və gələcəyinin müasir tələblərə uyğun təşkilində təmsil etdikləri müəssisə və qurumların yaxından iştirakı və dəstəyini təşkil etmək idi.

Çıxış edənlər ADNSU-nun məzunlarına hər zaman hər yerdə öndə olduğunu dilə gətirdilər. Həmçinin diqqətə çatdırdılar ki, istehsalatda, elmi-tətqiqatda, müxtəlif sənaye və xidmət sahələrində istifadə olunan müasir cihazlar və avadanlıqların istismarı üçün “Cihaz mühəndisliyi” ixtisasına yiyələnmiş mütəxəssislərə böyük təlabat var.


Paylaş