×

Xəbərlər

Xəbərlər 30 Nov 2020
ADNSU-nun əməkdaşları onlayn beynəlxalq konfransda iştirak edib

       ADNSU -nun "Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası" kafedrasının əməkdaşları onlayn Beynəlxalq konfransda iştirak ediblər.

        ABŞ, Yaponiya, Kanada, İngiltərə, İtaliya, Fransa, Malaziya, Brazilya, Hindistan, İran , İspaniya, Çin, Tailand, Rusiya və digər ölkələrin qatıldığı onlayn konfransda ADNSU-nun dosenti, k.ü.f.d. Tamilla Naibova və doktrantı Zülfiyyə Musazadə iştirak edib. İki gün davam edən onlayn konfransda 35 - dən çox məruzə dinlənilib. Konfransda iştirak edən ADNSU-nun dosenti və doktrantı apardıqları elmi - tədqiqat işlərinin nəticələri haqqında geniş məruzə ilə çıxış ediblər. Sonda onların tədqiqat işlərinin nəticələrinin nüfuzlu jurnallarda dərc olunması tövsiyə olunub.


Paylaş