×

Xəbərlər

Xəbərlər 03 Feb 2021
Gənclər Günü münasibəti ilə mükafatlandırılanlar arasında ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri və bir neçə tələbəsi də var

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Hər il bu təqvim günündə ölkədə silsilə tədbirlər keçirilir. Həmçinin, gənclərin fəaliyyəti, onların ölkə idarəçiliyində  və ölkənin inkişafındakı rolu, həmçinin Azərbaycanda gənclər üçün yaradılan şərait və digər bu kimi məsələlər günün əsas mövzusu olur.

Fevralın 2-də bu münasibətlə ənənəvi olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tədbir keçirib. Onlayn keçirilən tədbirdə bir neçə gənc mükafatlandırılıb. Gənclər günü münasibəti ilə mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və ADNSU-nun bir neçə tələbəsi də var. Tələbələr, həmçinin M.Əzizzadə gənc olaraq ölkəmizdə gənclər üçün yaradılan şəraitdən yararlanaraq üzərinə düşən işi layiqincə yerinə yetiriblər. TG-nin sədri Müqəddəs Əzizzadə universitetdə tələbə gənclərin formalaşması və inkişafı istiqamətində də töhfə verməyi bacarıb.


Paylaş