ADNSU rəhbərliyi tərəfindən akkreditasiya olunmuş ixtisaslara uyğun 100 adda 100 nüsxə kitab alınıb və Azİİ e-Kitab Evinin bazasına daxil edilib. Kitablar əsasən neft mühəndisliyi, marketinq, biznes, qeyri-səlist məntiq, kimya, geologiya, kompüter elmləri, etika və digər sahələri əhatə etməklə ingilis dilindədir. Yüksək keyfiyyətə, nəfis tərtibata malik olan kitablar dünyanını nüfuzlu nəşriyyatları tərəfindən çapa hazırlanıb. Həmin kitablar ixtisaslara uyğun olaraq universitetin BA proqramları və digər fakültələri üzrə təhsil alan tələbələrinin və professor-müəllim heyətinin istifadəsinə verilib.
Maraqlananlar Azİİ e-Kitab Evinə (library@asoiu.edu.az) və BA Proqramları kitabxanasına müraciət edə bilərlər.