×

Xəbərlər

Xəbərlər 24 May 2021
ADNSU-da “Narkomaniya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq”adlı online video konfrans keçirilib

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Narkomaniya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq”adlı online video konfrans keçirilib.

Video konfransda ADNSU-nun professor-müəllim heyəti, Bakı şəhər Narkoloji Mərkəzin həkim narkoloqu Pərvin Abbasova, ADNSU – nun 2 saylı Poliklinikasının Baş Həkimi Xuraman Kazımova və gənclər iştirak ediblər.

Tədbir zamanı narkomaniyanın həyat üçün təhlükəsindən, onun zərərlərindən və mübarizə metodlarından bəhs olunub. Qeyd olunub ki, hazırda Azərbaycanda 32-34 min nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. Ona görə də yeniyetmə və gəncləri zamanında pis vərdişlərdən qorumaq, onların sağlam və bilikli böyüməsini təmin etmək hər birimizin borcudur.

Tədbir zamanı o da vurğulanıb ki, ADNSU-da tələbələrə elm, bilik öyrədib milli vətənpərvərlik hislərinin aşılanması ilə yanaşı, gənclərin sağlamlığına xüsusi önəm verilir.


Paylaş