×

Xəbərlər

Xəbərlər 26 May 2021
ADNSU-da Elmi Şuranın növbəti onlayn iclası keçirilib

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın onlayn formatda növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı iclasda öncə koronavirus pandemiyası şəraitində dünyada və ölkəmizdə gedən proseslərdən və pandemiyanın statistikasından danışaraq epidemyanın yayılmasının qarısının alınması istiqamətində görülən tədbirlərin və peyvəndlənmənin təşviq olunmasının vacibliyini vurğulayıb. O, ADNSU-da da bu istiqamətdə günün tələblərinə uyğun işlərin aparıldığını deyib.

Professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında iclas iştirakçılarına məlumat verdikdən sonra universitetdə aparılan islahatlardan irəli gələn bir sıra məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərovun bu universitetin fəaliyyəti haqqında illik hesabatı dinlənilib.  Elm və Təhsil Analitik Mərkəzinin direktoru, dosent Ziya Əliyev mərkəzin fəaliyyəti, universitetin elmi nəticələri, bu istiqamətdə görülən işlər və qarşıdakı hədəflər haqqında, həmçinin İT departamentinin direktoru Elnur Səfərli departamentin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.

Elmi Şuranın iclasında ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov universitetdə aparılan struktur dəyişikliyi barədə geniş məlumat verib. Yeniliklər və universitetin inkişafına uyğun olaraq aparılan dəyişikliklər Şura üzvlərinin müzakirəsindən sonra səsvermə ilə qəbul olunub. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Vətən Müharibəsində şəhid olan Azİİ məzunlarının (həmçinin, qazilərimizin) ailələrinə diqqət və qayğının göstərilməsi işinin koordinasiyası, universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov X Məzun-Karyera Sərgisinin nəticəsi və bu istiqamətdə əldə olunan uğurlar barədə, həmçinin İT deportamentinin müdir müavini Salman Salmanov universitetin rəsmi internet səhifələrinin analiz edilməsi, nəzərdə tutulan yeniliklərlə bağlı çıxış ediblər.

Bütün məsələlər Şura üzvləri tərəfindən dinlənildikdən və müzakirə olunduqdan sonra rektor Mustafa Babanlı görüləcək işlər, uğurlar və yeniliklər haqqında tövsiyyələrini verib. Qeyd edib ki, müzakirəyə çıxarılan hər bir məsələ ADNSU-nun inkişafı ilə şərtlənən əsas nüanslardır və biz hədəfə çatmaq üçün universitetin inkişafına uyğun yeniliklər etməliyik.  


Paylaş