×

Xəbərlər

Xəbərlər 08 Sep 2021
UFAZ-da birinci kurs tələbələri ilə Tanışlıq Günü keçirilib

Sentyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində bu il qəbul olmuş tələbələrlə tanışlıq günü keçirilib.

 ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarını salamlayaraq onları tələbə adı qazanmaları münasibətilə təbrik edib. UFAZ-da tədrisin çətin və şərəfli olduğunu qeyd edən rektor, Strasburq universiteti ilə ADNSU-nun birgə idarəçiliyi haqda məlumat verib. UFAZ tələbələrinin həm də Strasburq universitetinin tələbə biletlərini əldə edəcəklərini qeyd edən rektor M.Babanlı bu sənədin onlara onlayn olaraq Strasburq universitetinin kitabxanısndan istifadə etmək və digər üstünlüklər verəcəyini bildirib..

 UFAZ-ın İcraçı direktoru, dosent Vazeh Əskərov pandemiya şəraitində tədris qaydaları barədə tələbələri məlumatlandırıb.

 UFAZ-ın baş katibi Yelizaveta Bydanova isə təhsil ocağının verdiyi dərs və dərsdənkənar fəaliyyətlər barədə ümumi məlumat verib.

 Daha sonra UFAZ-ın tədris departamentinin əməkdaşları və daimi əcnəbi müəllimləri tələbələrə UFAZ-dakı tədris prosesi, daxili qaydalar, müəllim heyəti, paraktiki və nəzəri dərslər, laboratoriyalardan istifadə, qiymətləndirmə, imtahan və gənclərin asudə vaxtlarının təşkili barədə ətraflı məlumat veriblər.

 2021-2022-ci tədris ilində UFAZ-ın bakalavr təhsil pilləsinə 140 nəfər qəbul olub. Onlardan 40 nəfər Kompüter elmləri, 40 nəfər Kimya mühəndisliyi, 30 nəfər Neft və qaz mühəndisliyi, 30 nəfər isə Geologiya və Geofizika mühəndisliyi ixtisası üzrə təhsil alacaq.

 UFAZ-da bakalavr pilləsində təhsil 4 ildir. UFAZ məzunları ADNSU və Strasburq universitetinin (Neft və qaz mühəndisliyi ixtisası üzrə Renn 1 universitetinin) diplomlarını alırlar.

 


Paylaş