×

Xəbərlər

Xəbərlər 09 Oct 2021
Yeni tədris ilində ADNSU-da ilk “Açıq mikrofon” təşkil olunub

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” keçirilib. Tədbirdə faktiki iştirak edən tələbə və müəllimlərlə yanaşı, “Açıq mikrofon” universitetin akt zalından həm də facebook üzərindən birbaşa canlı yayımlanıb, yüzlərlə tələbə onlayn olaraq tədbirə qoşulub.

ADNSU-nun rektoru professor Mustafa Babanlı ilk olaraq 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi qələbəsindən, bu qələbənin ölkəmiz üçün misilsiz əhəmiyyətindən danışıb. O, müharibə bitsə də, mübarizənin hələ də davam etdiyini, bütün meydanlarda qalib gəlmək üçün isə savadlı və bilikli olmağın vacibliyini qeyd edib.  44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Sonra rektor Mustafa Babanlı ADNSU-da tədris və təhsilin keyfiyyətindən danışıb, görülən işlər haqqında məlumat verib. Pandemiya dövrü olsa da, yeni tədris ilinə hazırlığın vəziyyətinin qənaətbəxş olduğunu, universitetdə yaxşı təhsil vermək üçün hər bir şəraitin yaradıldığını deyib.

Keyfiyyətli tədrisin təşkili və savadlı kadrların yetişdirilməsi istiqamətində mühüm işlər görüldüyünü deyən M.Babanlı “Açıq mikrofon”da tədrislə bağlı bir çox məsələlərə aydınlıq gətirib. Rektor tədbirin gedişatında ənənəvi olaraq həm onlayn qoşulan, həm də zalda əyləşən tələbələrin suallarını cavablandırıb. O, çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib.


Paylaş