×

Xəbərlər

Xəbərlər 19 Oct 2021
Sahil qəsəbəsində ADNSU-nun şəhid məzununun xatirə komleksi açılıb

Oktyabrın 19-da Qaradağ royunu, Sahil qəsəbəsində yerləşən 301 nömrəli uşaq bağçasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu, Vətən müharibəsi şəhidi Teymur Rəsulovun kompleksinin açılışı olub. T.Rəsulovun, həmçinin bir neçə şəhidimizin şəkillərinin də yer aldığı xatirə kompleksin açılışında şəhidimizin ailə üzvləri, döyüş yoldaşları, ADNSU-nun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Teymur Rəsulov haqqında xatirələr səsləndirilib, onun döyüş yolu haqqında iştirakçılara məlumat verilib. Qeyd edək ki, Teymur Rəsulov Azİİ-nin Energetika fakültəsinin məzunu olub. Vətən müharibəsi başlayanda digər qəhrəman oğullarımız kimi, o da könüllü cəbhəyə yollanıb. Cəbrayıl, Füzuli və Xocavənd uğurunda gedən döyüşlərdə fəal iştirak edib və şəhidlik zirvəsinə yüksəlib. O, Vətən qarşısında xidmətlərinə görə dövlət başçısının Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


Paylaş