×

Xəbərlər

Xəbərlər 20 Oct 2021
Gənc mütəxəssislər ADNSU-nun yuxarı kurs tələbələrinə mühazirə oxuyublar

Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əvvəlki illərinin məzunları olan Nəzrin Rzayeva, Murad Abbaszadə və Elşad Quliyev fəxri qonaq kimi universitetə dəvət olunaraq yuxarı kurslara mühazirə oxuyublar. ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin Proseslərin avtomatlaşması ixtisasının IV kurs tələbələrinə “Nəzarət ölçü cihazları və avtomatika mühəndisliyinə giriş” mövzusunda mühazirə ingilis dilində təşkil olunub. Gənc mütəxəssislər mövzu haqqında tələbələrə geniş məlumat veriblər, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinnin dekanı dosent Fərid Ağayevin dəvəti ilə universitətə gələn qonaqlar eyni fakültənin məzunlarıdır. Bakalavr və magist səviyyəsini yüksək səviyyədə bitirmiş gənc mütəxəssislər hazırda “Wood PLC” şirkətində çalışırlar. Çalışdıqaları yerdə ADNSU-nun adını daha da uca edən gənclər bundan sonra da universitetlə əməkdaşlıq edəcəklərini, öz bilik və təcrübələrini tələbələrlə bölüşəcəklərini bildiriblər.


Paylaş