Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Əlcəzair Xalq Demokratik Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Səlimə Abdelhak ilə görüşüb.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor M.Babanlı universitet, əcnəbi təlbələr, beynəlxlaq əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı qonağa geniş məlumat verib. ADNSU ilə Əlcəzairin ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdıran rektor M.Babanlı ADNSU-nun Əlcəzairli məzunları və Bumerdes şəhərinin Neft İnstitutunda çalışan Azərbaycanlı müəllimləri haqqında məlumat verib.
Ölkənin ali təhsil sahəsində aparıcı universitetlərindən birində olmaqdan fərəh hissi keçirdiyini deyən səfir xanım S. Abdelhak Əlcəzairli ADNSU məzunları haqqında yüksək fikirdə olduğunu bildirib və ölkəsi ilə əməkdaşlıq əlaqələrinin bərpasına dəstək olacağına söz verib.
Daha sonra tərəflər arasında ali təhsil sahəsində mümkün əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.