×

Xəbərlər

Xəbərlər 29 Oct 2021
ADNSU tələbələri logistika sahəsində təcrübə proqramına qoşulub

166 Yükdaşıma və Logistika şirkəti gənclər üçün ödənişli təcrübə proqramı təşkil edib. Təcrübə proqramına qoşulanlar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3 tələbə və məzunu da var.

İştirakçılar bakalavr və magistr dərəcəsi üzrə təhsil alan gənclər arasından seçilib. Beləliklə, üç ay müddətində təcrübəçilər ödənişli olaraq şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. 

Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər “166 Yükdaşıma və Logistika” şirkətinin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.


Paylaş