×

Xəbərlər

Xəbərlər 01 Nov 2021
ADNSU-da "CyberEdu" layihəsi çərçivəsində işçi görüş keçirilib

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin üzvü olduğu İsveç İnstitutunun həyata keçirdiyi və maliyyələşdirdiyi "CyberEdu" layihəsi çərçivəsində işçi görüş keçirilib.

Tədbirdə layihənin koordinatoru Qatsek Qayevski, Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri, Kompüter elmləri kafedrasnın müəllim heyəti və rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev  iştirak edib.

Görüşdə layihənin koordinatoru Qatsek Qayevski layihənin gedişatı və növbəti birgə layihələrin həyata keçirilməsi haqqında iştirakçılara məlumat verib, hazırki vəziyyətlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, "CyberEdu" layihəsi çərçivəsində partnyor universitetlərdə kiber-təhlükəsizlik üzrə ixisaslaşmalırın yaradılması nəzərdə tutulub.


Paylaş