25-29 oktyabr tarixlərində Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER), Beynəlxalq Enerji Agentliyi, (BEA) Enerji İcmasının Katibliyi (EnCS) və Avropa Birliyi tərəfindən “Payız Energetika Həftəsi” keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Univeritetinin (ADNSU) Qaz-neft-mədən fakültəsinin magistr və bakalavr tələbələri online təşkil olunan “Payız Energetika Həftəsi” kurslarında iştirak edib. Online kurslarda müxtəlif ölkələrdən - Azərbaycan, Gürcüstan, Moldova,Ukrayna, Belçika, Avstriya,Yunanıstan və digər ölkələrdən mütəxəssislər və tələbələr iştirak ediblər. Kurslarda Energetikanın Tənzimləməsinin Əsasları, Elektrik Enerjisi Bazarları, Energetika sisteminin planlaşdırılması və modelləşdirilməsi, Enerji keçidində qazların rolu, Şəbəkə Siyasəti və Tənzimlənməsi mövzular müzakirə olunub.
Kursların sonunda iştirak edən tələbələr arasında imtahan keçirilib. ADNSU-nun tələbəsi Rufan Yusifov çoxsaylı iştirakçılar arasında 5-ci yeri qazanıb. İmtahan sonrası həmçinin, bir iştirakçı 2022-ci ildə Belçikanın Brüssel şəhərində kurslarda iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Payız Energetika Həftəsi”ndə ADNSU-nun tələbələrindən Maysara Layıcova, Chingiz Qarayev, Mehdi Mehdizade, Elchin Suleymanzade, Zinyat Göyüşova, Tural Mahmudov, Hamzat Hudulov, Gündüz Mahmudov, Nigar Eybatova, İlaha Mammadova, Bilal İsmayilzada, Yusif Axundzada, Kanan Ahmadov, Rufan Yusifov və Mahammad Yaqubov iştirak ediblər.