Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri Elviz İsmayılov həmçinin, “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov və nümayəndə heyəti iştirak ediblər.
Qarşılıqlı əməkdaşlğın, xüsusən də texniki və texnoloji sahədə mübadilə və əlaqələrin inkişafının müzakirə olunduğu görüşdə tərəflər arasında strataplara investisiya məsələsi, beyin mübadiləsi, qarşılıqlı seminar və təlimlərin təşkili, layihələrin investisiyalaşması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb və perspektiv layihələr müzakirə olunub.
Sonda tərəflər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.