×

Xəbərlər

Xəbərlər 05 Nov 2021
Azİİ e-Kitab Evində 8 Noyabr Zəfər Gününə həsr olunmuş kitab sərgisi keçirilib

Noyabrın 4-də Azİİ e-Kitab Evində qələbəmizin ildönümünə həsr olunmuş “8 Noyabr-Zəfər Günü” adlı kitab sərgisi təşkil olunub. Sərgidə Ali Baş Komandanın əzmkar siyasətini, şanlı Azərbaycan ordusunun fədakarlığı və qətiyyəti sayəsində  44 günlük Vətən müharibəsinin tarixi zəfər ilə başa vurulmasını, 30 ilə yaxın davam edən işğala son qoyulmasını, haqqın, ədalətin bərpa olunmasını, o cümlədən, haqq savaşına qalxan qəhrəman oğullarımızın bir yumruq kimi birləşərək düşməni məğlub etmələrini və şəhidlərimizin keçdikləri qəhrəmanlıq yollarını əks etdirən kitablar, jurnallar yer alıb.

   “Zəfər salnaməsi”, ADNSU-nun şəhid məzunu Şahgündüz Cabbarova həsr olunmuş “Gözləyin dağlar gəlirəm”,Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər”, Sevinc Ədalətqızının “Rahimə vətən ağlar” kitabları oxucuların marağına səbəb olub.


Paylaş