Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri Gunay Rəhimova “Müsahibə etiketi” mövzusunda təlim keçib.
Təlimdə ADNSU-nun əməkdaşları, həmçinin 4-cü kurs, magistr və "SABAH" qruplarının tələbələri iştirak edib.
Təlimdə çıxış edən G.Rəhimova danışıq və nitq mədəniyyəti, həmçinin bədən dili və digər etiket qaydaları haqqında geniş təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.