×

Xəbərlər

Xəbərlər 20 Nov 2021
ADNSU-nun tələbələri “Yaşıl marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər

Noyabrın 20-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl marafon” kampaniyası çərçivəsində Bakının Xocahəsən və Müşfiqabad qəsəbələrində keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin rəsmilərinin, ali təhsil müəssisələrinin nümayəndələrinin, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin və tələbələrin iştirakı ilə keçirilən ağacəkmə kampaniyasında Abşeron yarımadasının iqliminə uyğun 2000-dən çox müxtəlif cinsli ağac əkilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması məqsədi ilə keçirilən marafonda 17 ali təhsil müəssisəsindən 48 ölkəni əhatə edən 100-dən çox əcnəbi tələbə də iştirak edib. O cümlədən, ADNSU-nun Əcnəbi tələbələr dekanlığının əməkdaşları Tofiq Muradxanov, Emil Abdurəhmanov, “Qoşulmama və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin vətəndaşları üçün Qrand Proqramı” çərçivəsində təhsil alan tələbələr - Sania Noorzad (Əfqanıstan), Hamza Nacer (Əlcəzair), Batsaikhan Munkhnaran (Monqolustan), “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” çərçivəsində təhsil alan çinli tələbələr Turehan Yimaer, Xue Yang, Zhao Xue, Yang Geng də marafona qatılıblar.


Paylaş