Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Mənim hədəflərim, valideynimin arzusu” mövzusunda psixoloji seminar keçirilib.
Seminarda ADNSU-nun əməkdaşı, uzman psixoloq Nəzrin Məmmədzadə tələbələrlə ixtisas seçimi prosesində valideyin basqısı, şəxsi qərarların verilməsi, həmçinin imtahan həyəcanı, stress və qayğı mövzularda interaktiv müzakirələr aparıb. Tələbələrin sualları cavablandırılıb və tövsiyələr verilib.