Dekabrın 3-dən 20-ə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində yerləşən Azərbaycan-Fransız Universiteti (UFAZ) «Editions de la Marinière & Arte Editions» nəşriyyatının tərtibatında Laurent Valière-in «Animasiya filmləri: la French Touch» adlı əsərindən ilhamlanan eyniadlı sərgisinə ev sahibliyi edəcək.
Bu sərgi Fransada animasiya filminin tarixini, 20-ci əsrin əvvəllərində bu sahənin ilk təmsilçilərini, müasir dövrün yaradıcı adamlarını və dahi aktyorlarını onların yaradıcılıq üslublarını fotoşəkillər vasitəsilə təqdim edir.
Fransız animasiya filmləri çəkiliş miqyasına görə hazırda dünyada 3-cü, Avropada yayımlanmasına görə isə 1-ci yeri tutur.
Qeyd edək ki, daha əvvəl bu sərgi Azərbaycan-Fransız İnstitutunda nümayiş olunub.