Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professorları- Kimya-texnologiya fakultəsinin (KTF) dekanı Məmmədxanova Sevinc Əbdülhəmid qızı və Ağahüseynova Minirə Məmmədəli qızı Rusiya Təbiət Elmləri Akademiyasının medalı ilə təltif olunublar.
ADNSU-nun professorları S.Məmmədxanova və M. Ağahüseynova Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət heyəti tərəfindən 15 noyabr 2021-ci il tarixində elmdə olan nailiyyətlərə görə V.İ.Vernadski adına medalla təltif olunublar.
Qeyd edək ki, S.Məmmədxanovanın “Получение моторных топлив на основе альтернативного сырья” adlı kitabına, M. Ağahüseynovanın isə “Modern general chemistry” kitabına görə mükafatlandırılıblar.