×

Xəbərlər

Xəbərlər 19 Dec 2021
“AZCLOUD ScaleUp” proqramı çərçivəsində ADNSU tələbələri ilə görüş keçirilib

“AzInTelecom” MMC-nin “AZCLOUD ScaleUp” proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi START” Startap Mərkəzi ilə birgə tələbələr və startapçılarla görüş keçirilib. Görüşdə startapçılarla yanaşı, “Eazi Start” Startap Mərkəzinin Koordinatoru Elviz İsmayılov, İnformasiya Texnologiyaları və İnnovasiyalar üzrə rektorun müşaviri Rasim Abdullayev və universitetin tələbələri də iştirak ediblər.

Tədbirdə “AzInTelecom”un nümayəndəsi Nigar İbrahimova çıxış edərək “AZCLOUD ScaleUp” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram startapçılara AZCLOUD bulud xidmətlərindən pulsuz istifadə imkanı verir. Həmçinin “Ağıllı ölkə”, “AgroTech”, “EdTech”, “GreenTech”, “MedTech”, “GameTech” və “E-commerce” istiqamətlərini əhatə edən proqram üzrə seçilən startapçılar 5000 AZN-dək AZCLOUD xidmətləri əldə edə bilir və eyni zamanda təlimlərdə iştirak etmək və PR dəstək imkanı qazanır.

Görüşdə qeyd olunub ki, startap, eləcə də akselerasiya mərkəzləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən “AZCLOUD ScaleUp” proqramının məqsədi ölkədə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərhələsində olan uğurlu startaplara dəstək göstərməkdir.

Daha sonra “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Fərrux Fərəcullayev tərəfindən iştirakçılara “Proqram təminatı: 0-dan MVP”yə mövzusunda təlim keçirilib. Təlimdə AZCLOUD portalı üzərindən əyani nümunələr göstərilib.


Paylaş