26 noyabr -24 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində tələbələr üçün silsilə məlumat günləri (seminarlar) keçirilib.
Seminarlarda ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova, Beynəlxalq Əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələr sektorunun müdiri Leyla Nağıyeva, İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin İstehsalat Təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov və bütün fakültələrdən olan tələbələr iştirak ediblər.
Seminarlarda UniLab layihəsinin mahiyyəti, məqsədi, layihə çərçivəsində görülən işlər haqqında təqdimat nümayiş olunub. Həmçinin beynəlxlaq mübadilə proqramları, ERASMUS Plus haqqında tələbələrə ətraflı məlumat verilib, müraciət qaydaları və tədris prosesi izah edilib. Bunlarla yanaşı tələbələrin təcrübə prosesində qarşılaşdıqları çətinliklər və problemlər müzakirə edilib, tələbələrin təcrübə ilə bağlı fikir və təklifləri dinlənilib. İnteraktiv fomratda keçirilən seminarlarda tələbələri maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.