×

Xəbərlər

Xəbərlər 29 Dec 2021
ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) professor-müəllim heyətinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qarşıdan gələn hər iki bayram münasibəti ilə universitetin bütün əməkdaşlarını, o cümlədən tələbələri təbrik edib. Koronavirus pandemiyası ilə əlaqədar ötən il Dünya Azərbaycanlılarının Həmrəylik Gününün canlı formada qeyd olunmdığını xatırladan rektor M.Babanlı Azərbaycanın COVİD-19-a qarşı effektiv mübarizəsi sayəsində cari ildə bu əlamətdar tarixi ənənəvi surətdə universitetin Akt zalında qeyd edilməsindən şad olduğunu bildirib. Rektor M.Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mahiyyəti və qeyd olunması tarixi haqda məlumat verdikdən sonra qarşıdan gələn il üçün hədəflər haqqında danışıb. Növbəti il əlamətdar tarixin dünyanın koronavirusa qalib gəldiyi bir şəraitdə qeyd olunacağına ümid bəslədiyini vurğulayan rektor M.Babanlı universitetin bütün əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, bütün əməkdaşlara, tələbələrə və onların doğmalarına sağlamlıq, əmin-amanlıq arzulayıb.


Paylaş