×

Xəbərlər

Xəbərlər 06 Jan 2022
ADNSU-da payız semestrinin imtahan sessiyasına start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında 12533 bakalavr və 2287 magistrant iştirak edəcək. Yanvarın 5-dək olan nəticələrə görə imtahanlarda 1523 nəfər tələbə iştirak edib. Fənlər üzrə davamiyyətsizliyi 25%-dən artıq olan 40 nəfər tələbə imtahanlara buraxılmayıb.

ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb, özü və ya ailə üzvlərindən koronavirusa yoluxmuş olan tələblər üçün imtahanlar onlayn formatda təşkil olunub. İmtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə prorektorun rəhbərliyi altında yaradılmış Qərargah tərəfindən imtahan prosesinə nəzarət olunur.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahan keçirilən auditoriyalarda olub, imtahan prosesini izləyib.

Qeyd edək ki, imtahanlar 3 növbədə (9:00, 13:00, 17:00)  2 formada (yazılı, yazılı-şifahi ) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. ADNSU-da payız semestrinin imtahan sessiyası qiyabi şöbədə dekabrın 22-dən, əyani şöbədə isə yanvarın 5-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kredit borcu yaranan imtahanı üzrə) 2- 14 fevral tarixlərində 25% ödənişlə təkrar imtahan verə bilər.

Qeyd edək ki, ADNSU-da start götürən 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası fevralın 14-də yekunlaşacaq.


Paylaş