ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat Elmi Şuranın 30 yanvar 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.
Universitet əməkdaşlarının (rektorun adına yazılmış ərizə ilə birgə) sənədləri ADNSU-nun Elm və Təhsil Analitik Mərkəzində (ETAM) “ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat (2019-2021)” əsasında araşdırılmış və müsabiqənin şərtlərini tam ödəyən əməkdaşlarının ilkin siyahısı müəyyən edilmişdir.
Universitet əməkdaşlarının fəaliyyət balı aşağıdakı kateqoriyalar üzrə (AAK tərəfindən verilən attestat və diplomlar nəzərə alınmaqla) məhdudlaşır:
- Professor – 40-80 bal;
- Dosent – 35-65 bal;
- Elmi dərəcəli assistent – 30-55 bal;
- Elmi dərəcəsi olmayan assistent – 25-45 bal.




Təqdim olunan nəticələrlə razı olmayan iddiaçılar apelyasiya ərizəsi ilə rektora müraciət edə bilərlər. Apelyasiya ilə bağlı müraciətlərə ETAM-da 2022-ci ilin yanvar ayının 18, 19 və 21-i saat 12:00-dan 17:00-a qədər 327-ci saylı otaqda baxılacaqdır.
Son nəticələr Universitetin Elmi Şurasının 2022-ci ilin yanvar ayında keçiriləcək iclasında təqdim olunacaq və Elmi Şura tərəfindən təsdiq edildikdən sonra, rektorun müvafiq əmr imzalaması ilə 2022-ci ilin yanvar ayının 1-dən başlayaraq növbəti 12 ay ərzində əlavə maaşların ödənilməsi aparılacaqdır.
REKTORLUQ