×

Xəbərlər

Xəbərlər 27 Jan 2022
ADNSU-da Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim keçirilib

Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “5 səhv” mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə açan rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev təlimin tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələri tədbirdə aktiv iştirak etməyə dəvət edib.

Təlimdə Dövlət Məşğulluq Agentliyinin Peşə yönümü şöbəsinin rəhbəri Toğrul Ələkbərov çıxış edərək, əmək bazarının tələblərinə uyğun iş imkanlarını dəyərləndirmək, həmçinin şəxsi bacarıqlarını inkişaf etdirmək mövzusunda gənclərlə öz təcrübəsini bölüşüb və karyera inkişafında ən çox yol verilən səhvlərindən danışıb.

Qeyd edək ki, bundan sonra da ADNSU və Dövlət Məşğulluq Agentliyi ilə müntəzəm olaraq keçiriləcək təlimlərin əsas məqsədi gənclərin fərdi və karyera inkişafına dəstək göstərmək, əmək bazarının  tələblərinə uyğun şəxsi inkişafa dəstək verməkdir


Paylaş