×

Xəbərlər

Xəbərlər 04 Feb 2022
ADNSU-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib

Fevralın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və Azərbaycan Gənc alim, doktorant və magistrlər cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

 Seminarda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov, Azərbaycan Gənc alim, doktorant və magistrlər cəmiyyətinin ekspertləri - Rəhimli Ruslan, Ənvərli Sevinc, magistrlar və doktoratlar iştirak edib.

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimli seminar haqqında iştirakçılara məlumat verdikdən sonra universitetin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova gənc alimlərlə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, qeyd edib ki, gənc alimlərə dəstək vermək, onların elmi potensiallarını zamanında üzə çıxarmaq vacibdir və həmçinin tədris zamanı da elmin inkişafı diqqətdə saxlanılmalıdır. Azərbaycan Gənc alim, doktorant və magistrlər cəmiyyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bidirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsi, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək. Bu da sözsüz, gənclər üçün yeni imkanlar yaradacaq, onların elminin inkişafında təkan olacaq.

Sonda seminarda iştirak edən doktorant və magistrantlara sertifikatlar təqdim olunub.


Paylaş