Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Kompüter mühəndisliyi" ixtisasının IV kurs SABAH qrup tələbəsi Əhmədli Ülvi Elbrus oğlu, Azercell şirkətinin təqaüd proqramının qalibi olub.
Qeyd edək ki, proqramda iştirak edən tələbələr ingilis dili və riyaziyyat fənni üzrə test imtahanı və iki dəfə müsahibədən uğurla keçərək təqaüd proqramının qalibi olublar. Tədris ilinin sonuna qədər tələbələr Azercell şirkəti tərəfindən aylıq təqaüd alacaqlar.
Tələbəmizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!