Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın ənənəvi formatda növbəti iclası keçirilib. Gündəlikdə olan məsələləri elan etməmişdən öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyevi 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı arzu edib.
Rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlər haqqında məlumat verib və gündəlik şura üzvləri tərəfidən təsdiq olunduqdan sonra Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında geniş məruzə ilə çıxış edib. O, fakültələr və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda rektor, professor Mustafa Babanlı gündəlikdə olan məsələlərin müzakirəsinə şərait yaradaraq şura üzvlərinin rəyi ilə qərarlar qəbul olunub. Adlı təqaüdlərin məbləğinin artırılması və bundan sonrakı dövrlərdə Dövlət qurumlarının qərarlarına uyğun dəyişdirilməsinin təmin edilməsi, həmçinin “Süni intelekt” ixtisasında təhsil alan magistr (SABAH) tələbələri üçün professor Rafiq Əliyev adına təqaüdün təsis edilməsi barədə qərar da yekdil səsvermə ilə qəbul olunub.
Tyutorlara dərslərdə (yalnız kurasiya etdiyi qruplarda) iştirak hüququnun verilməsi, ADNSU (UFAZ) doktorantlarına təqaüdün ayrılması, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranları olan ADNSU əməkdaşlarının aylıq vəzifə maaşlarına 50(əlli) AZN pulun artırılması və digər mühüm məsələlərlə bağlı danışan rektor, professor Mustafa Babanlı universitetin qısa zamanda qazandığı uğurlardan danışaraq təhsilin və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görüləcək işlərdən də danışıb.
Elmi Şuranın iclasında gündəliyə uyğun olaraq Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Yaşar Həsənov, Start-UP və İnnovasiya mərkəzinin fəaliyyəti haqqında TEC-in sədri Elviz İsmayılov, Professor (Dosent) vəzifələrinə təyinat və sənədlərin AAK tərəfindən təsdiq edilmədiyi təqdirdə həyata keçiriləcək qərarlar barədə hüquqşünas Fərrux Hüseynov çıxış ediblər. Həmçinin, 2022-ci ilin yekunlarına görə ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat barədə professor Araz Əliyev, universitetdə İT istiqamətində tədris olunan fənlərin sillabuslarının yenidən işlənilməsi barədə “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dossent Nazilə Rəhimova məruzə ilə çıxış ediblər.
Elmi Şuranın iclasında gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edildikdən və yekdil qərarlar qəbul olunduqdan sonra rektor, professor Mustafa Babanlı bütün məsələlərlə bağlı irad və təkliflərini bildirib, görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıqlar verib.