×

Xəbərlər

Xəbərlər 25 Feb 2022
ADNSU-da II Beynəlxalq Elmi Konfransın yekun seminarı keçirilib

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” adlı II Beynəlxalq Elmi Konfransın yekun seminarı keçirilib.

Konfransın bağlanış seminarında ADNSU-nun professor-müəllim heyəti ilə yanaşı, yerli və xarici universitetlərin nümayəndələri iştirak edib.

Bağlanış iclasında ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın məqsədi, bura təqdim olunan teziz və məqalələr haqqında qısa məlumat verib. Sonra ADNSU-nun BA (MBA, BBA, ZU) Proqramlarının direktoru, professor Rafiq Əliyev “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda çıxış edib və Postkonflikt vəziyyətlərdə yenidənqurma üçün yeni modellərin yaradılmasının vacibliyindən danışıb.

Almaniyadan onlayn formatda konfransa qoşulan professor Adil Bayramov “Dərin geotermiya: Azərbaycan Respublikasinda inkişaf imkanlari və perspektivləri”, İslandaiyadan professor Thorleikur Jóhannesson “Geotermal resursların birbaşa istifadəsi” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonda bölmə sədrlərinin hesabatı dinlənilib.

İki gün davam edən, onlayn və offlayn formatda keçirilən elmi konfransa 127 elmi məqalə təqdim olunub.


Paylaş