Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kanadada təhsil, iş və yaşam mövzusunda təqdimat keçirilib.
Təqdimatda Kanada İmmiqrasiya və Vətəndaşlıq Məsləhətçiləri Kollecinin (CICC) nümayəndəsi Ləman Soltanova tərəfindən Kanadada təhsil almaq istəyən tələbələr üçün təqaüd imkanları, universitetlər, müraciət və qəbul prosesi, həmçinin karyera və iş imkanları haqqında geniş təqdimatla çıxış edib. L.Soltanova təhsilini xaricdə davam etdirmək istəyən tələbələr üçün Kanada təhsil sistemi haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.